"Qəbələ"nin gürcüstanlısı: "Bu cür oyunla çox uzağa gedə bilmərik"

"Qəbələ"nin gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskirinin Newsport.az saytının Gürcüstana ezam olunmuş əməkdaşına müsahibəsi:

-"Samtredia" ya məğlub oldunuz. Qarşılaşma barədə düşüncələriniz necədi?

- Açıq-aşkar pis oynadıq. Özümü göstərə bilmədik. Razı qalmadım. Xüsusiylə ilk hissəni pis keçirdik. Qol imkanlarımız az oldu. Bəxtimiz gətirdi ki, ilk hissədə məğlub olmadıq. İkinci hissədə isə bir qədər düzəldik. Amma son dəqiqələrdə qol buraxmaqla, məğlub olduq.

 

- Bu gün zəif oynamağınıza ilk matçda qeydə alınan hesab səbəb oldu?

- Bu fikirlə razı deyiləm. Sadəcə, belə alındı. Rəqib oyuna yaxşı başladı. Onlarda demək olar ki, hər şey alındı. Arxayınlaşmaqdan söhbət gedə bilməz. Biz matça ciddi hazırlaşmışdıq, rəqibin gücünü bilirdik.

 

-Öz həmvətənlərinizi mübarizədən kənarlaşdırmaq necə hissdi?

- Belə alındı. Bu gün Gürcüstan xalqı "Samtredia" ya azarkeşlik edirdi. Bu, adama bir qədər pis təsir edir. Amma mən peşəkaram və "Qəbələ"nin uğuru üçün bütün gücümü sərf etməliyəm. Yaxşı olardı ki, biz "Samtredia" ilə qrupda qarşılaşardıq.

 

- "İnter"də liderliyi üzərinizə götürmüşdünüz. Bunu "Qəbələ"də də təkrarlamağa qadirsinizmi?

- "Qəbələ"də liderliyi üzərinə götürə biləcək keyfiyyətli futbolçu çoxdu. Matç zamanı hər bir oyunçu bunu edə bilər. Mərhələ adladığımız üçün şadıq. Növbəti görüşə hazırlaşmalıyıq. Bu cür oyunla çox uzaqa gedə bilmərik. Buraxdığımız səhvləri bir daha təkrarlamamalıyıq.

Mərdan HƏSƏNOV / Zestafoni





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right