Sergey Zenyov: “Əgər qol vursaydım...”

“Uduzsaq da, önəmli olan növbəti mərhələyə keçməkdi”.

Bu sözləri Newsport.az saytına açıqlmasında “Qəbələ”nin hücumçusu Sergey Zenyov deyib. Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Samtredia”nın qonağı olan “Qəbələ” rəqibinə 1:2 hesabı ilə uduzub. Lakin təmsilçimiz ilk matça Gürcüstan klubuna 5:1 hesabı ilə qalib gəldiyi üçün növbəti mərhələ yüksəlib. Ukraynalı futbolçu qısa olaraq bunları deyib:  “Məqsəd yola davam etmək idi. Bunu bacardıq. Bu dəqiqə növbəti matç barədə deyil, dincəlmək haqda düşünürük. Qol vursaydım, öz oyunumdan razı qalardım”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right