"Qızıl buts" almaq niyyətində deyiləm" - "Qəbələ"nin futbolçusu

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ” səfərdə Gürcüstanın "Samtredia” komandasının qonağı olub. Bakıda baş tutan ilk matçda 5-1 hesablı qələbə qazanan "qırmızı qaralar” bu dəfə meydanı məğlub tərk edib – 2:1.
 
Matç başa çatdıqdan sonra "Qəbələ”nin yeganə qolunun müəllifi Teo Uiks 
Newsport.az saytına müsahibə verib: 

- Oyun haqqında fikirləriniz necədi?
- Çətin oyun oldu. Matçı yaxşı keçirmədik. Amma əsas məsələ növbəti mərhələyə keçmək idi ki, bunu da bacardıq.
 
- Komandaya yeni qoşulsanız da, iki oyuna artıq 4 qol vurmusunuz. "Qızıl buts" almaq istəyirsiniz?
- Qarşıma belə bir məqsəd qoymamışam. Çünki mən hücumçu deyiləm. Lakin "Qəbələ"də hər-hansı uğur əldə etmək pis olmazdı.
 
- Cavab görüşündə sərgilədiyiniz oyun növbəti mərhələyə təsir etməyəcək?
- Hər oyun eyni olmur. Bəzən yaxşı təsir bağışladığımız halda, bəzən pis oynayırıq.
 
- Azərbaycana yeni gələn futbolçu kimi, özünüzü necə hiss edirsiniz?Adaptasiya problemini tam keçmisinizmi?
- Özümü xoşbəxt hiss edirəm. Komanda yoldaşlarımla da münasibətim yaxşıdı. Buna görə də, "Qəbələ" mənim yeni komandam olmasına baxmayaraq, özümü narahat hiss etmirəm.
 
- İki oyunda 4 qol vurmaqla azarkeşləri pis öyrətdiniz. Bu yükün altından necə çıxacaqsınız?
- Bu, mənim üçün müsbət haldı. Amma yenə deyirəm ki, mən hücumçu deyiləm. Qollar vursam allaha təşəkkür edərəm. Vura bilməsəm də, azarkeşlərlə ünsiyyət saxlayaram və danışıb razılaşaram.
 
Mərdan HƏSƏNOV / Zestafoni




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right