"Sabah"ın Serbiyaya uçacağı tarix bəlli oldu

"Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Belqradda “Partizan”a qarşı keçirəcəyi cavab oyunu (ilk oyun – 0:2) üçün planları müəyyənləşib.

Newsport.az xəbər verir ki, Masazır klubu avqustun 16-da saat 11:30-da çarter reysi ilə Serbiyaya uçacaq.

Matçdan dərhal sonra Murad Musayevin rəhbərlik etdiyi kollektiv yenidən Bakıya qayıdacaq.

"Partizan" - "Sabah" görüşü avqustun 17-də Belqraddakı "Raiko Mitiç" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right