Salih Uçan: "Gözəl nəticə əldə etdik"

"Beşiktaş" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Salih Uçan matçdan sonra açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi mərhələni keçmək istədiklərini bildirib:

"Səfərdə oynadıq, gözəl nəticə əldə etdik. Mərhələni keçmək istəyirik.Bizi burada dəstəkləyən azarkelərimizə təşəkkür edirik. "8 nömrə" mövqeyində özümü daha rahat hiss edirəm. Bəzən "6 nömrə" mövqeyində də oynaya bilirəm. Özümü yaradıcı oyunçu hesab edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right