Şenol Güneş: "İstədiyimiz kimi oynadıq"

"Beşiktaş" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, qarşılaşmadan sonra keçiriən mətbuat konfransında İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş jurnalistlərin suallarını cavablandırıb:

- Burada qələbə qazanıb İstanbula yaxşı hesabla qayıtmaq istəyirdik. Bunu bacardıq. Oyuna hakim olduq, istədiyimiz kimi oynadıq, qollar vurduq, qaçan qollar oldu. Yorulan oyunçularımız var idi. Onları dəyişdirdik. Son 10-15 dəqiqədə oyun qopdu. Buraxdığımız qol "Neftçi"nin gücünü və motivasiyasını artırdı, epizodları var idi. Son anlarda bizim üçün dərslər çıxaracağımız anlar oldu. Şadıq. Buradan yaxşı hesabla gedirik. İkinci matça da ciddi hazırlaşmalıyıq. "Neftçi"yə imkan verəndə, oynaya bilən istedadlı oyunçuları var. "Neftçi"yə liqada uğurlar arzulayıram. Yaxşı atmosfer var idi.

- "Sabah" və "Neftçi" ilə qarşılaşdınız. Bu iki komandanı necə dəyərləndirirsiz?

- “Sabah” da güclü heyətə malikdir. “Sabah”la qarşılaşdığımız zaman mövsümün sonları idi. İndi isə mövsümün əvvəlindəyik, oyunçular istənilən durumda deyillər. Bu, hər iki tərəf üçün keçərlidir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right