Murad Musayev: "Çox böyük xarakter və intizamlı oyun göstərdik"

"Sabah" Avropa Liqası III təsnifat mərhələsinin ilk oyununda Serbiyanın "Partizan" klubunu 2:0 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

- Uşaqlarla fəxr edirəm. Çox böyük xarakter və intizamlı oyun göstərdik. Adlı-sanlı rəqibimizdən qorxmadıq, hücum futbolu sərgilədik. Penaltini yerinə yetirməməyimizə baxmayaraq, bundan sonra iki qol vuran bildik. Amma bu, hələ görülən işin yarısıdır. Şanslar 50/50-dir. İki gün sonra "Sumqayıt"la oyunumuz var. Bir həftə sonra isə bizi Belqradda çox çətin görüş gözləyir. Azarkeşlərin hər birinə təşəkkür edirəm. Bu gün onların dəstəyi çox vacib idi.

- Rəqib həmkarınız məğlubiyyətin səbəbini "Sabah"ın pressinqi ilə əlaqələndirdi. Bəs siz qalibiyyəti necə şərh edərdiniz?

- Bunu təkcə pressinqə bağlamazdım. Bu gün rəqibə öz güclü tərəflərini göstərməyə imkan vermədik. Çox faktorlar var.

- Qaçırılan epizodlarla bağlı nə deyə bilərsiniz?

- Hər gün bunun üzərində işləyirik. Oyunçuların üzərində təzyiq var. Ən önəmlisi odur kız oyunun sonunda əlimizə düşən fürsətlərdən yaralandıq. 

- Bu gün Jarl Marqaritanın oyunundan razı qaldınız?

- Oyunçuları getdi olaraq dəyərləndirmək istəməzdim. Nə olubsa, paltardəyişmə otağında danışmışıq. Bu gün qalib gəlmişik və bütün futbolçulardan razıyam.

- Parlaq qələbə qazandınız. Bu tempi Belqradda davam etdirmək çətin olmayacaq?

- Əlbəttə ki, çox çətin olacaq. Çünki, onların möhtəşəm azarkeş ordusu var. Bu gün bizə hava da bir az kömək etdi. Rəqib üçün çətin idi. Məni məyus edən hallar da var. Elvin Camalovun qabırğası sınıb, İrasabal zədəyə görə oynaya bilmədi, Mikelslə bağlı vəziyyəti bilirsiniz. Buna görə müəyyən rotasiyalara əl atmalı olacağıq. Amma çalışacağıq ki, bu tempi orada davam etdirək.

- Rusiya mətbuatına açıqlamanızda demişdiz ki, gənclikdə partlayıcı vasitələrdən istifadə etməyi sevirsiz. İndi bugünkü qələbəni elə qeyd edəcəksiz?
- Yəqin, düzgün başa düşməmisiz. Mən futbol məşqçisiyəm, priotexniki vasitələrdən istifadə etmirəm.

- Bu gün ağır rəqiblə oynasaz da, meydanda itkiləs hiss edilmədi. Komandada fərdlərdən asılı olmayan bir sxemin yarandığını deyə bilərik?

- Əlbəttə, önəmli olan strukturdur. Bunu sona kimi saxlaya bilsək, düz oynasaq çox yaxşı çıxış edəcəyik. Ötən il Kaşuk və Mikels qollar vurmuşdu, amma bu, komandanın məhsulu idi. Yusif qapıda etibarlı çıxış edir, ona da komanda yoldaşlarının köməyi var. İntizamı saxlasaq, yaxşı olacaq. Amma yenə transferlərə ehtiyacımız olacaq.

- Cavab oyununa qədər, azı bu mərhələdən sonraya transfer gözlənilir?
- "Partizan"la cavab oyununa qədər yox. Kimisə gətirsək belə, sifariş edə bilməyəcəyik.

- "Sabah" 3-cü, "Partizan" 300-cü oyununu keçirdi avrokuboklarda. Bu gün bir cavan qocaya dərs keçdi...

- Komandamla fəxr edirəm. Qarşıda çətin cavab görüşü olacaq. İşin yarısını görmüşük. Tarixi qələbə qazandıq, amma sakit qalıb, növbəti oyunu gözləməliyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right