Salih Uçan: “Hədəfimiz “Neftçi” ilə ilk matçdan sərfəli nəticə ilə ayrılmaqdır”

"Beşiktaş"ın futbolçusu Salih Uçan Avropa Konfrans Liqası III təsnifat mərhələsinin "Neftçi" ilə ilk matçından öncə mətbuat konfransında iştirak edib.

Newsport.az 29 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Sizi necə oyun gözləyir? Bu mövsüm Konfrans Liqasındakı məqsədlər nədən ibarətdir?

- "Tirana"ya qarşı yaxşı oynadıq. İndi "Neftçi" ilə səfərdə oynayacağıq. İstəyirik ki, yaxşı nəticə qazanaraq mərhələ adlayaq. Hədəfimiz "Beşiktaş"ın layiq olduğu yerə çatmaqdır. Qruplara qalmaq, qrupdan çıxmaq, hamısına addım-addım getmək istəyirik.

- Türkiyə klubları avrokuboklarda özlərindən kiçik klublarla qarşılaşanda yuxarıdan aşağı baxırlar və bunun fəsadlarını yaşayırlar. Bu cütdə belə şey gözlənilir?

- Biz belə baxmırıq. Hər oyun çox çətindir. Kubokda ilk matçda 0:2 uduzduq, sonradan qalib gəldik. "Konyaspor"u 2:0 udurduq, amma 2:3 hesabı ilə məğlub olduq. Futbol çox çətindir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right