"Beşiktaş"ın Bakıya gətirəcəyi heyət bəlli oldu: Üç aparıcı oyunçu kənarda qaldı

Türkiyənin "Beşiktaş" klubu Konfransları Liqasının III təsnifat mərhələsinin “Neftçi”yə qarşı ilk oyunu üçün Bakıya gətirəcəyi heyəti açıqlayıb.

Newsport.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəşin heyətinə 23 futbolçu daxil edilib.

Qapıçılar: Mert Günok, Ersin Dastanoğlu, Utku Yuvakuran;

Müdafiəçilər: Daniel Amarti, Onur Bulut, Omar Kolli, Umut Meraş, Fransisko Montero, Valentin Rozye

Yarımmüdafiəçilər: Oğuzhan Akgün, Emrecan Bulut, Jedson Fernandes, Amir Hacıahmetoviç, Kerem Kesgin, Jan Onana, Salih Uçan, Necip Uysal, Demir Tıknaz, Kartal Kayra Yılmaz;

Hücumçular: Vinsent Abubakar, Semih Kılıçsoy, Cekson Muleka, Ante Rebiç

Siyahıdan üç aparıcı oyunçu kənar qalıb. Bunlar diskvalifikasiya olunmuş Artur Masuaku, həmçinin zədədən sonra bu yaxınlarda kollektivə yeni qoşulan Rəşid Gezzal və Cenk Tosundur.

"Neftçi" - "Beşiktaş" oyunu sabah Bakıdakı "Neftçi Arena" stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right