Beşiktaş"ın cəzalı futbolçusu "Neftçi"yə qarşı oynayacaq

UEFA "Beşiktaş"ın müdafiəçisi Artur Masuakunun "Neftçi"yə qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ərəfəsində cəzasını dəyişib.

Newsport.az xəbər verir ki, futbolçunun 2 oyunluq cəzası 1-ə endirilib. Yəni Masuaku avqustun 17-də İstanbulda keçiriləcək cavab matçında “Neftçi”yə qarşı oynaya biləcək.

“Neftçi" - "Beşiktaş" oyunu sabah Bakıdakı "Neftçi Arena" stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right