"Partizan"ın direktoru: "Fikrim "Sabah"la oyuna yönəlib"

Serbiyanın "Partizan" klubunun direktoru İvitsa Kral Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimindən razı qaldığını və komandasının "Sabah"a qarşı oynayacaqları matçdan gözləntisini açıqlayıb.

Newsport.az xəbər verir ki, "Arena Sport"a açıqlama verən klub rəsmisi bütün fikirlərinin "Sabah"la oyuna yönəldiyini bildirib:

"Futbolçularımız kimi mənim də fikrim "Sabah"la oyuna yönəlib. Əgər bu turda hər şey gözlədiyimiz kimi olsa, növbəti mərhələyə keçsək, o zaman deyə bilərəm ki, belə çox daha yaxşıdır (“Sabah” – “Partizan” cütünün qalibi “Styaua” – “Norşelland” cütünün qalibi ilə oynayacaq). Çünki İspaniyanın "Osasuna" klubu da bizə düşə bilərdi. Bütün rəqiblərə hörmət edirəm, amma əvvəlcə “Sabah”la oyunumuz var, onu düşünürük".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right