Mutu və Ozobiç mətbuat önünə çıxacaq

Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 10-u saat 21:00-da "Neftçi Arena"da keçiriləcək “Neftçi” – “Beşiktaş” oyunundan əvvəl "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu və futbolçu Filip Ozobiçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Newsport.az-ın məlumatına görə, tədbir avqustun 9-u saat 18:30-dan etibarən "Neftçi Arena"da keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 20:00-da “Beşiktaş”in baş məşqçisi Şenol Güneş və futbolçu Salih Uçanın iştirakı ilə mətbuat konfransı, 20:30-dan isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeydiyyatdan keçmiş jurnalistlərə avqustun 9-u saat 12:00-dan etibarən “Neftçi Arena”da “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right