"Neftçi" - "Beşiktaş" matçına bilet qalmadı

“Neftçi” və “Beşiktaş” klubları arasında keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün bu gün satışa çıxarılan biletlərin hamısı satılıb.

Newsport.az-ın məlumatına görə, qiyməti 10, 15, 20 və 30 manat olan 9000-ə yaxın bilet satışa çıxarılıb və bir neçə dəqiqə ərzində hamısı bitib. 

Biletləri yalnız onlayn almaq mümkün idi.

“Neftçi” – “Beşiktaş” oyunu avqustun 10-da Bakıdakı “Neftçi Arena” stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right