"Risk etdiyimiz üçün "Neftçi" əks-hücumlara çıxa bildi" "Jelezniçar"ın baş məşqçisi

"Jelezniçar"ın baş məşqçisi Nermin Başiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda "Neftçi"yə Bakıdakı məğlubiyyətini (0:2, ilk oyun - 2:2) şərh edib.

Newsport.az xəbər verir ki, klubun rəsmi saytına danışan bosniyalı mütəxəssis belə danışıb:

"Düşünürəm ki, ilk hissədə yaxşı oynadıq, cəsarətliydik, rəqibə imkan vermədik. Amma təəssüf ki, bir mövqe səhvinə yol verdik ki, bu da bizə baha başa gəldi. İkinci hissədə 20 dəqiqədə yaxşı oynadıq, oyuna nəzarət etdik, topa sahib olduq. “Neftçi” müdafiə olunurdu. Amma yenə diqqətsizlik göstərdik və ikinci qolu buraxdıq. Birinci hissədən və ikinci hissəyə fantastik başlanğıcdan razı qaldım. Fasilədən sonra oyunda çox dəyişiklik etdik və bəzi məqamlarda yaxşı görünürdük. Son 20 dəqiqədə risk etdiyimiz üçün “Neftçi” bir neçə dəfə əks-hücuma çıxa bildi. Azərbaycan komandasını növbəti mərhələyə keçməsi münasibətilə təbrik edirəm. Göstərdik ki, bütün çətinliklərə baxmayaraq, dinamik oynaya bilirik. Əlbəttə, nəticədən məyusuq, amma belə oyunlar çox şey öyrədir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right