"Neftçi" - "Beşiktaş" matçının hakimləri açıqlandı

"Neftçi"nin Avropa Konfrans Liqası II təsnifat mərhələsinin "Beşiktaş"la keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.

Newsport.az xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Lukas Fandrix olacaq. Ona yan xətt hakimləri Conas Erni və Guillaume Mayre kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funaksiyasını isə Lionel Tsçudi  yerinə yetirəcək.

Qeyd edək ki, "Neftçi" - "Beşiktaş" görüşü 10 avqust tarixində saat 21:00-da "Neftçi" Arena"da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right