"Beşiktaş"ı təəccübləndirə bilərik" “Neftçi”nin müdafiəçisi

“İlk anlardan bir qədər ehtiyatlı oynayırdıq. Ancaq azarkeşlərimiz qarşısında qələbə qazanmaq niyyətində idik. Bu gün qalib gəlmək olduqca vacib idi”.

Newsport.az-ın məlumatına görə, bunu “Neftçi”nin müdafiəçisi Mark Tamaş Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Jelezçinar”ı 2:0 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra deyib.

O, azarkeşlərin stadionda çox gözəl atmosfer yaratdıqlarını bildirib: “Bu mənzərəni görmək xoşdur. Çox xoşbəxtəm ki, oyunumuzu izləməyə bu qədər insan gəlib. Baxmayaraq ki, bizim fan-klub bir qədər çılğındır, amma mən bunu xoşlayıram. Bu stadionda, doğma meydanda ilk oyunumu keçirdim. Bu, mənim üçün çox önəmlidir. Qələbə qazanmaq istəyirdim, buna da nail olduq”. 

Macarıstanlı müdafiəçi Konfrans Liqasının növbəti mərhələsində qarşılaşacaqları "Beşiktaş"ı təəccübləndirməyə çalışacaqlarını bildirib: “Beşiktaş” güclü olsa da, belə böyük klubu təəccübləndirə bilərik. Bu futboldur. Ümid edirəm ki, onlar üçün gözəl sürpriz hazırlayacağıq. İki oyunun sonunda hər şey ola bilər”.

“Neftçi”nin arxa xətt oyunçusu sabah start götürəcək Misli Premyer Liqasından da söz açıb: “Sabahdan ilk turun oyununa hazırlaşmağa başlayacağıq. Hər şeyi addım-addım edirik. “Kəpəz”lə matçda da qələbə qazanmağa çalışacağıq”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right