“Sabah”ın kapitanı "Bu bizim üçün tarixi an idi"

"Bu bizim üçün tarixi an idi. Avrokuboklarda debüt etdik. Rəqibimiz zəif deyildi”.

Newsport.az-ın məlumatına görəbu sözləri Qol.az-a açıqlamasında “Sabah”ın kapitanı Elvin Camalov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya RFS-ni mübarizədən kənarlaşdırmaları barədə danışarkən deyib.

“Sabah” səfərdəki görüşdə 2:0, Bakıda isə 2:1 hesablı qələbə ilə 3-cü mərhələyə yüksəlib. Təcrübəli yarımmüdafiəçi Latviya klubu ilə oyunların asan olmadığı bildirib. O, RFS-in ötən mövsüm Konfrans Liqasında yaxşı çıxış etdiyini də xatırladıb: “Qrup mərhələsinə qədər irəliləmişdilər. Qrupda "Fiorentina" kimi komandadan xal almışdılar. Bizim də RFS ilə hər iki oyunumuz çətin keçdi. Rəqib yaxşı oynayırdı. Buna baxmayaraq, qarşıya qoyulan məqsədə çatdıq, hər iki görüşdə qalib gəlməyi bacardıq. Bu bizim üçün yeni tarixdir. Mərhələ keçdiyimizə görə şadam. Lakin artıq bu matçları unudub qarşıdakı oyuna hazırlaşmalıyıq”.

Millimizin üzvü növbəti mərhələdə qarşılaşacaqları “Partizan” haqda da fikirlərini bildirib: "Partizan" Serbiyanın ən köklü klublarından biridir. Məncə, bu komanda barədə əlavə nəsə deməyə ehtiyac yoxdur. Böyük tarixə malik klubdur. Lakin onların oyunlarını hələ izləyə bilməmişəm. Hər halda məşqçilərimiz qarşıdakı günlərdə bizə rəqib haqda məlumat verəcəklər. Amma indi "Partizan" barədə yox, "Qəbələ" ilə qarşıdan gələn oyunu düşünürük. Bazar günü çempionatda ilk oyunumuz var. "Qəbələ" güclü komandadır. Çempionata müsbət əhval-ruhiyyə ilə start vermək istəyirik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right