"Neftçi" və "Sabah" Azərbaycanın xal ehtiyatını artırdı

"Neftçi" və "Sabah" Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Newsport.az-ın məlumatına görə, hər iki komanda Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşlərində qələbə qazanaraq buna nail olub.

Masazır təmsilçisi Latviyanın RFS klubuna (2:1) cavab görüşündə də qalib gəlib. "Neftçi" isə "Jelezniçar"dan (2:0) üstün olub. Təmsilçilərimizin qələbələri Azərbaycanın aktivinə 0,500 xal yazdırıb. Azərbaycan hazırda 15 min 750 xalla 29-cu pillədədir.

28-ci pillədə 16 min 500 xalı olan Slovakiyadır. 30-cu pillədə isə 12 min 125 xalla Moldova qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right