"Neftçi"nin rəqibi İstanbul nəhəngi oldu

Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi" nin rəqibi bəlli olub.

Newsport.az xəbər verir ki, "ağ-qaralar" "Beşiktaş"la qarşılaşacaq. İstanbul təmsilçisi ikinci təsnifat mərhələsinin cavab görüşündə "Tirana" nı səfərdə 2:0 hesabı ilə məğlub edib. "Qara qartallar" ev oyununda albaniyalılara 3:1 qalib gəlmişdi. 

"Neftçi" və "Beşiktaş" klubları avqustun 10 və 17-də üz-üzə gələcək. Bakı klubu ilk matçını səfərdə keçirəcək. 

Xatırladaq ki, "Neftçi" Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Jelezniçar" la səfərdə 2:2 oynayıb, evdə rəqibinə 2:0 qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right