Murad Musayev: "Nəticəyə görə sevinirəm"

Konfrans Liqasının II təsnifat mərhələsində keçirilən "Sabah" - RFŞ (Latviya) matçından (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Əla nəticə qazandıq. Güclü rəqibə qarşı yaxşı oynadıq, kişilik göstərdik. Nəticəyə görə sevinirəm. Bir az həyəcan var idi. Bu da ilk avrokubok oyunu olması ilə bağlı idi. Çox vaxtımız yoxdur. İki gün sonra "Qəbələ" ilə matçımız var. Mövsümə yaxşı başladıq.

- İkinci hissə komandanız üçün asan keçmədi. Çətinliyiniz sürpriz olmadı sizin üçün?
- Xeyr, rəqibin səviyyəli oyunçuları var. İkinci hissədə riskə getdilər. Bir neçə qol imkanından yararlana bilmədik. Qol buraxsaq da, geridönüş edə bildik.

- Həmkarınız bildirdi ki, "Sabah" meydana hesabı qorumaq üçün çıxıb. Razısız?
- Xeyr, razı deyiləm. Bizim hədəfimiz hər zaman hücum futbolu oynamaqdır. Hesabı qorumağa oynasaydıq, səhv olardı. Ötən mövsüm də ən az qol buraxan komandalardan idik. Bu gün ilk qolu vurmaq istəyirdik.

- Sanki rəqibin azlıqda qalması "Sabah"a problem oldu...
- Razı deyiləm. Oyun bizim nəzarətimizdə idi. Rəqibin çox qol fürsəti olmadı.

- Qarşıdan ağır mövsüm gəlir. Sizə səbir arzu edirəm. Həlledici məqamlarda sanki futbolçular xəsislik edir. Onlarla söhbətiniz olacaq?
- Əlbəttə. həm fərdi, həm ümumi söhbətimiz olacaq. Futbol komanda oyunudur.

- Vinsent Till sanki komandaya tam uyğunlaşmayıb.
- Bizə uyğun olan futbolçudur. Bu gün bir az cinah hücumçusu kimi çıxış etdi. Qol imkanlarından istifadə edə bilmədi. Marqarita da hələ tam uyğunlaşmayıb.

- Bir həftədən sonra "Partizan"la oyun var. Bu komandaya qarşı hansısa sürpriz olacaq?
- Nəsə deyə bilmərəm, hələ onlara baxmamışam. Mərhələ adlamağa çalışacağıq.

- Apeh və Mikels yaxşı tandem təşkil etdi. Apehin tam hazır olduğunu düşünürsüz?
- Bəli, 100 faiz hazırdı. Heyətdə rəqabətin olması yaxşıdır. Davit Volkovla əsas heyət üçün yarışır. Bu, yaxşı haldır.

- Marqarita bu gün aktivliyi ilə seçildi. O, rəqabətə davam gətirə biləcək?
- Fərqli mövqelərdir. Apehlə rəqabət aparmır. Cinahda çıxış edən oyunçudur. Ötən mövsüm Kaşuk var idi və yüksək səviyyədə çıxış edirdi. Düşünürəm ki, o, Azərbaycanın ən səviyyəli cinah oyunçularından idi. Marqaritanın da belə olacağına ümid edirəm.

- Növbəti transferlər olacaq?
- Bəli, bir mövqeyə transfer istəyirik. Alınsa, olacaq.

- Gənc komanda ilə qısa müddətdə uğur qazana bildiz. Bunun sirri var?
- 24 saat gərginlikdə işləyirəm. Mənim peşəm budur. Çox işləsən uğur da gəlir. Yaxşı olmaq istəyirsənsə, çox çalışmalısan.

- Qələbələr gəldikcə sizin də məsuliyyətiniz artır. Bu, əlavə təzyiq yaratmır?
- Xeyr.   





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right