"Qırmızı vərəqə almağımız oyuna təsir etdi" - Viktor Moroş

Konfrans Liqasının II təsnifat mərhələsində keçirilən "Sabah" - RFŞ (Latviya) matçından (2:1) sonra qonaq komandanın baş məşqçisi Viktor Moroş jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- "Sabah"ı təbrik edirəm. Mübarizəni dayandırdıq, rəqib yoluna davam edir. Hər iki komanda döyüşkən oyun sərgilədi. Qırmızı vərəqən sonra planlarımız dəyişdi. Buna baxmayaraq, qol vura bildik. Daha birini vurmaq istəyirdik, alınmadı. Rəqibin imkanları daha çox oldu. Komandamla fəxr edirəm. 

- Meydana sanki aqressi çıxmışdız. Bəzən sərtliklə kobudluğu qarışdırırdız...
- Çünki ilk oyunda uduzmuşduq. İstəmədiyimiz nəticə idi və daha yaxşı oynamalı idik. Lakin alınmadı, ilk dəqiqələrdən daha çox çalışmalı idik. Oyunda çoxlu situasiyalar var idi, hər iki komanda aqressiv idi. Bura nəticə əldə etmək üçün gəlmişdik və nə lazım idisə etməli idik. Hiss etdirmək istəyirdik ki, qonaq kimi gəlməmişik. Rəqib hesabı saxlamağa meyilli görünürdü.

- "Dauqavpils"də çalışdığınız zaman azərbaycanlı keçmiş tələbəniz Vüqar Əsgərov cütün favoritinin "Sabah" olduğunu demişdi. Bu haqda fikirləriniz nədir?
- Bu, onun seçimidir. Hər kəsin öz fikri var. Şanslar bərabər idi. Düşünürəm ki, bu oyunlarda bəxtimiz gətirmədi. "Sabah"a növbəti oyunlarda uğurlar arzu edirəm. Bəzən yaxşı oynasan da, məğlub olursan. 

- Faciənin başlanğıcı sizin, yoxsa oyunçunuz qırmızı vərəqə alması idi?
- Cavab vermək asan deyil. 11 futbolçu ilə oynayanda daha rahat olur. Futbolçumuzun qovulması məni özümdən çıxardı. Ona barmaqla bəyənmək işarəsi göstərdim, amma o səhv başa düşdü. Qovulmağımın çox təsiri olmadı. Köməkçilərim oyunu idarə edə bildilər. Azlıqda qalmağımızın təsiri çox oldu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right