"Qəbələ" Konfrans Liqasında mübarizəni dayandırdı Yenilənib

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən "Qəbələ" də bu gün meydana çıxacaq.

"Qırmızı-qaralar" səfərdə "Omoniya" ilə qarşılaşacaq. Qəbələdəki görüşdə 3:2 hesabı ilə qalib gəldiyindən Kipr klubu bir qədər üstünlüyə malikdir.

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə "Midtulland" (Danimarka) - "Proqres"i (Lüksemburq) cütünün güclüsü ilə qarşılaşacaq.

3 avqust

Konfrans Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00 "Omoniya" (Kipr) - "Qəbələ" (Azərbaycan) 4:1

Qol: Roman Bezus, 5, 29 (pen.), Lanq, 39, Semedo, 59 - Ahmed Ayzaya, 56

Baş hakim - Adam Ladebek (İsveç).

İlk oyun - 3:2

Nikosiya, GSP stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right