"Neftçi"nin kapitanı Emin Mahmudov "Jelezniçar"la matçdan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.
Newsport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq üçün öz oyunlarını göstərməli olduqlarını bildirib:
- Baş məşqçinin dediyi kimi "Jelezniçar"ın necə oynadığını bilirik. Onları daha yaxından tanıdıq. Qələbə qazanmaq üçün öz oyunumuzu göstərməliyik.
- "Qarabağ" "Qalatasaray"la, "Sabah" isə "Beşiktaş"la yoldaşlıq oyunu keçirdi. İndi isə "Neftçi"nin şansı var ki, rəsmi oyun üçün "Beşiktaş"ı Bakıya gətirsin. Bu, sizə motivasiya verir?
- Kiminlə oynayacağımız fərq etməz. Əsas "Jelezniçar"ı keçməkdir. Oyundan-oyuna fikirləşmək istəyirik.
- İlk oyunda rəqib hesabda öndə olarkən çox əsəbi idin. Sabah "Neftçi" önə keçsə, rəqib oyunçulara onların etdiyi kimi reaksiya verəcəksən?
- Biz öz oyunumuzu göstərməliyik. Onlara oyunumuzla cavab verməliyik. Öndə olsaq, yerdə uzanıb vaxt keçirməyi düşünmürük. Belə şeyləri xoşlamıram. Həmişə demişəm ki, normal oyun getməyi istəyirəm. Tempin aşağı olmasını xoşlamıram.