"Sabah"ın oyununun biletləri satışda

"Sabah" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə RFS-nin qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, Latviyada baş tutacaq qarşılaşmanın biletləri onlayn satışa çıxarılıb. "Slokas" stadionunda keçiriləcək matçın biletlərinin qiyməti 6 avro (11 manat) təşkil edir. Oyun günü isə biletin qiyməti 10 avro olacaq.

Qeyd edək ki, RFS - "Sabah" oyunu 26 iyul tarixində Bakı vaxtilə saat 20:00-da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 3-də Bakıda baş tutacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right