Konfrans Liqası: "Qarabağ"ın potensial rəqibləri məlumdu

Avropa Liqasında mübarizəni başa vurduqdan sonra yoluna Konfrans Liqasının pley-off mərhələsində davam edəcək “Qarabağ”ın qarşılaşa biləcəyi potensial rəqiblərin adlarına aydınlıq gəlib.

 

Newsport.az UEFA-ya istinadən xəbər verir ki, Ağdam klubu Avroliqadan düşən digər 7 komanda ilə birlikdə Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə mübarizə aparacaq.

 

Püşkatma öncəsi artıq səbətlər müəyyənləşib. Konfrans Liqasında yoluna davam edənlər “səpələnmişlər”, aralarında “Qarabağ”ın da olduğu Avroliqadan gələnlər isə “səpələnməmişlər” səbətində yer alacaqlar.

 

Səbətlərin tam tərkibi aşağıdakı kimidir.

 

Səpələnmişlər:
“Anderlext” (Belçika)
“Bazel” (İsveçrə)
“CFR Kluj” (Rumıniya)
“Dnepr-1” (Ukrayna)
“Fiorentina” (İtaliya)
“Gent” (Belçika)
“Lex” (Polşa)
“Partizan” (Serbiya)

 

Səpələnməmişlər:
AEK (Larnaka, Kipr)
“Budo Qlimt” (Norveç)
“Braqa” (Portuqaliya)
“Latsio” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan)
Qarabağ” (Azərbaycan)
“Şerif” (Moldova)
“Trabzonspor” (Türkiyə)

 

Qeyd edək ki, bu mərhələdə qalib gələn komandalar 1/8 finalda Konfrans Liqasında öz qruplarında birinci olan klublarla qarşılşacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right