Əliyar Ağayev Konfrans Liqasının oyununu idarə edəcək

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Newsport.az-ın məlumatına görə, Ağayev Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Styau" (Rumıniya) - "Dunayska Streda" (Slovakiya) cavab görüşünü idarə edəcək.

Zeynal Zeynalov və Akif Əmirəli Ağayevə kömək edəcək.

Dördüncü hakim isə Elçin Məsiyevdi. 

Həmin matç avqustun 11-də oynanılacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right