"Aris"in baş məşqçisi: "Neftçi" çox təcrübəlidi"

"Neftçi" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə "Aris"in qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, Limassol təmsilçisinin baş məşqçisi Aleksey Şpilevski oyundan öncə keçirilən mətbuat konfransında açıqlama verib: 

"Neftçi" çox təcrübəlidi. Ancaq bu, o demək deyil ki, rəqibdən çəkinirik. Var gücümüzlə döyüşəcəyik. Futbol dünyası kiçikdir. Rəqibin Türkiyə toplanışında keçirdiyi oyunlardan videolar tapa bilmişik. Oyunlarında dəyişikliklər olub. Ancaq deməyəcəm nə kimi dəyişikliklər ediblər. Matça hazırıq. Əsas odur ki, biz ürəkli olaq. Komandama inanıram. Tam müdafiədən oynasaq, azarkeşlərimiz bizi başa düşməz. Rəqibi hansı zonadan qarşılayacağımızı zaman göstərəcək".

Sabah oynanılacaq “Aris” - “Neftçi” qarşılaşması Bakı vaxtilə saat 21:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right