"Aris" - "Neftçi" matçı 15 avroya

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Larnakada keçiriləcək “Aris” – “Neftçi” matçının biletləri satışa çıxarılıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 7400 nəfərlik tutumu olan “AEK Arena”da keçiriləcək oyunu izləmək istəyənlər bu gündən biletlərini ala biləcək.

Standart biletin qiyməti 15 avro (təxminən 26 manat), tələbələr üçün 10 avro (17 manat), uşaqlar üçün isə 1 avrodu (iki manatdan az). 

“Aris” – “Neftçi” matçı iyulun 21-də Bakı vaxtilə 21:30-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right