"Makkabi"nin iki futbolçusu Bakıda oynamayacaq

Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" ilk oyuna ciddi itkilərlə çıxacaq.

Newsport.az-ın məlumatına görə, Təl-Əviv təmsilçisi iki futbolçunun xidmətindən yararlana bilməyəcək. Yarımmüdafiəçi Nir Biton və hücumçu Eran Zahavi Bakıdakı qarşılaşmanı buraxacaq.

Yay fasiləsində transfer edilən hər iki oyunçu zədədən sonra bərpa dövrünü keçir. Onlar kollektivdən ayrı fərdi məşqlərlə kifayətlənir.

"Zirə"nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də "Dalğa Arena"da olacaq. Cavab matçı iyulun 28-də Təl-Əvivdə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right