"Qarabağ"a qol vuran futbolçu üçün 11 milyon avro ödəyəcəklər

"Arsenal"ın futbolçusu Matteo Genduzi Fransada qalacaq.

Newsport.az “RMC Sport”a istinadən xəbər verir ki, “Marsel” rəhbərliyi yarımmüdafiəçi üçün “Arsenal”la danışıqlara başlayıb. Fransızlar 22 yaşlı futbolçu üçün London klubuna 11 milyon avro təklif edib. "Topçular" da bu qiymətə onu satmağa hazır olduğunu bildirib. Yayda transferin rəsmiləşəcəyi ehtimal edilir.

Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Marsel” (0:3) matçında Genduzi komandasının ikinci qolunu vurmuşdu. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right