"Qarabağ" bizə azadlıq dərsi keçdi" - Sampaoli

“Qarabağ” bizə azadlıq dərsi keçdi, onlar sərbəst futbol oynadılar, nəticəyə çox önəm vermədilər".
 
Newsport.az xəbər verir ki, bunu Fransa "Marsel"inin baş məşqçisi Xorxe Sampaoli Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
 
62 yaşlı mütəxəssis "köhlən atlar"ın əvvəlki qarşılaşmalarda da sərbəst çıxış etdiyini söyləyib: "İndiki futbolda ən vacibi qələbə qazanmaqdır. Oyunların məzmununu, demək olar ki, izləmirik. Nəyin bahasına olursa-olsun qələbə arzusunun olduğu bir vaxtda vurduğu qolu ləğv elətdirən “Qarabağ”ı təbrik etdim".
 
Qeyd edək ki, "Qarabağ"ın hücumçusu İbrahima Vadji 34-cü dəqiqədə "Marsel"in qapısına yol taparaq, hesabı bərabərləşdirib - 1:1. Bundan sonra qonaqların futbolçuları və məşqçilər heyəti seneqallı forvardın əllə fərqləndiyini bildiriblər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra baş hakim Bartoş Frankovski qolu ləğv edib.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right