Dünya mediası Qurban Qurbanovun "fair-play" nümunəsindən yazır: "Hakimin səhvini "Qarabağ"ın baş məşqçisi düzəltdi"

Dünya mətbuatı “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”ə qarşı Bakıda keçirdiyi oyunda edilən “fair-play”ə biganə qalmayıb.

Newsport.az-ın məlumatına görə, hesab 1:0 “Marsel”in xeyrinə olduğu vaxtda İbrahima Vadji qol vuraraq hesabı bərabərləşdirmişdi. “Marsel” tərəfinin hakimin qərarını dəyişməklə bağlı etirazları boşa çıxsa da, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov seneqallı forvardı yanına çağıraraq, onun qolu əllə vurub-vurmadığını öyrəndikdən sonra bu haqda baş hakimə düzünü deməsini tapşırıq verdi.

Məhz bundan sonra polşalı hakim “Qarabağ”ın vurduğu qolu ləğv etdi. “Qarabağ”ın hesabı bərabərləşdirib, oyunun gedişatını öz xeyrinə dəyişmək şansı əldə etdiyi vaxtda bu cür “fair-play” etməsi dünya mediasının diqqətindən qaçmayıb.

Britaniyanın “The Sun”, “Daily Mail” və “Daily Star” nəşrləri Qurban Qurbanovun hərəkətini fantastik adlandırıb. İspaniyanın “Mundo Deportivo” nəşri isə bunları yazıb: “Konfrans Liqasında VAR yoxdu. Baş hakim isə qayda pozuntusunu görməyərək qolu qeydə almışdı. Bu da “Marsel” futbolçularının çaşqınlığına gətirib çıxardı. Amma “Qarabağ”ın kapitanı Maksim Medvedev və baş məşqçi Qurban Qurbanov qolun qeydə alınmamalı olduğunu anlayırdı. Ki, bu barədə də baş hakimə məlumat verdilər".

İspaniyanın “Marca” qəzeti isə hadisə ilə bağlı bunu yazıb: “Bu, gözlənilməz şəkildə həll olunan gərgin anlar idi. “Marsel”in baş məşqçisi Xorxe Sampaoli də rəqibin jestindən heyran olmuşdu”.

Rusiyanın “MATÇ TV” kanalı isə sosial şəbəkədə həmin epizodla bağlı paylaşım edərək bunun nadir hərəkət olduğunu bildirib: “Qarabağ”ın baş məşqçisindən əsl “fair-play” nümunəsi. Müasir futbolda belə hərəkətlər nadirdi. “Marsel”lə matçda ev sahiblərinin futbolçusu Maradonanın hərəkətini təkrar edərək qol vurdu. Hakim həmin anı nəzərdən qaçıraraq, mərkəzi göstərmişdi.  Bu turnirdə VAR sistemi yoxdu. Amma baş hakimin səhvini Qurban Qurbanov düzəltdi. O, öncə qol vuran futbolçu ilə danışdı, sonradan isə bu barədə hakimə hər şeyə danışdı və qol ləğv edildi. Bu isə Qurban Qurbanov tərəfdən böyük hörmətəlayiq hərəkət idi”.

Yeri gəlmişkən, ABŞ-ın “FoxNews”, Portuqaliyanın “Ojogo” və Fransa mətbuatı da Qurban Qurbanovun etdiyi “fair-play” hərəkətini yüksək qiymətləndirib. 


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right