UEFA-nın baş katibi "Qarabağ" haqda: "Ədalətli davranmağınız hər kəs tərəfindən böyük hörmətə layiqdi"

UEFA-nın baş katibi Corco Marketti Konfrans Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi başlamamışdan əvvəl, dünən “Qarabağ”ın pley-off mərhələsinin “Marsel”ə qarşı keçirdiyi cavab oyununda etdiyi nümunəvi hərəkət haqda danışıb.

Newsport.az-ın məlumatına görə, Marketti Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun “fair-pley” hərəkətini belə şərh edib:

​“Bu gün həm də “Qarabağ”ın ifasındakı inanılmaz idman ruhu və “fair-play” hərəkətini qeyd etmək istəyirəm. Hansı ki, onlar öz qollarının hakimdən ləğv etməsini xahiş etdilər. Əla, cənablar. Turnirdəki çıxışınız əla alındı. Ədalətli davranmağınız isə hər kəs tərəfindən böyük hörmətə layiqdi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right