"Marsel"dən "Qarabağ" paylaşımı Foto

Avropa Konfrans Liqası pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" klubu Ağdam təmsilçisi ilə bağlı paylaşım edib.


Newsport.az xəbər verir ki, Fransa klubunun tvitter səhifəsində "Qarabağ"a feyr-pley nümnunəsinə görə təşəkkür edilib.

 

Qeyd edək ki, dünən Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşün 34-cü dəqiqəsində "Qarabağ"ın hücumçusu İbrahima Vadji əlləqol vuraraq hesabı bərabərləşdirmişdi. Lakin Qurban Qurbanovun müdaxiləsindən sonra seneqallı forvard hakimə topu əli ilə vurduğunu bildirib. Nəticədə polşalı hakim Bartoş Frankovski "Qarabağ"ın qolunu ləğv edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right