"Qarabağ" - "Marsel" matçına nə qədər bilet satılıb?

“Qarabağ”la "Marsel"ə qarşı keçirəcəyi Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa bilet satışı davam edir.

Newsport.az-ın məlumatına görə, qarşılaşmaya artıq 13 minə yaxın bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq. Buna görə də, oyun üçün 15, 500 bilet satışa çıxarılıb.

"Qarabağ" - "Marsel" görüşü fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda 21:45-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right