"Qarabağ"a qalib gəlməliyik" - Matteo Genduzi

"Qol vurmaq üçün vəziyyətlərimiz var idi. Amma düzünü deməliyik, bu axşam əla oyun keçirmədik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Marsel”in futbolçusu Matteo Qenduzi Fransa çempionatının son turunda ötən gecə “Klermon”la keçirilən oyundan sonra “lephoceen” nəşrinə açıqlamasında deyib.

22 yaşlı yarımmüdafiəçi evdə 0:2 hesabı ilə uduzduqları matçı şərh edərkən Konfrans Liqasının 1/16 finalında “Qarabağ”la keçiriləcək cavab matçına da toxunub:

“Sadəcə, yaxşı oynamadıq. “Klermon”un bura qələbə üçün gəldiyini gördük. Etiraf etmək lazımdır ki, çox şansları yox idi, amma qapı qarşısında təhlükəli idilər. Özümüzü toparlamalı, əvvəlcə “Qarabağ”a qalib gəlməliyik. Sonra bizi çətin “Trua” səfəri də gözləyir”.

Xatırladaq ki, Fransada keçirilən oyunda “Marsel” “Qarabağ”a 3:1 hesabı ilə qalib gəlib. Komandaların cavab matçı fevralın 24-də Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right