Marsel"in hücumçusu: "Qarabağ"ı keçmək lazımdır"

"Qarabağ" mərhələsini keçmək lazımdır".

Newsport.az məlumatına görə, bunu Fransa "Marsel"inin baş məşqçisi Sedrik Bakambu "Qarabağ"a evdə 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının ilk pley-off matçı barədə danışarkən deyib.

31 yaşlı hücumçu bildirib ki, rəqibi qiymətləndirməmək düzgün deyil: "Oyundan əvvəl heç vaxt güclü olduğunu deyə bilməzsən. Rəqiblərinizi heç vaxt qiymətləndirməməlisiniz".

Bakambu dubla imza atmış komanda yoldaşı Arkadiuş Milikin 68-ci dəqiqədə əvəzləndikdən sonra əsəbini su qabından çıxmasına da münasibət bildirib: "Arek meydanı tərk etdiyi vaxt bir qədər məyus idi. Bunu başa düşmək olarmı, ya yox? Milik hücum xəttində rəqibimdir. O, hər zaman və mümkün qədər çox oynamaq istəyir. Nəyə görə məyus olduğunu bilmirəm. Axı, onu ehtiyatda saxlamamışdılar. Amma istənilən halda, komanda daxilində ab-hava yaxşıdır. Özü ilə görüşdən sonra danışdım, ciddi bir şey yoxdur".

Konqolu forvardın sözlərinə görə, polşalı komanda yoldaşı bütün oyun sistemlərinə uyğunlaşa bilir: "O, irəlidə tək oynayırdı və 2 qol vurdu. Arek əla hücumçudur. Fikrimcə, bütün oyun sistemlərinə uyğunlaşmağı bilir və bu yolu yaxşı keçib. İki hücumçuluq sistemi biz hələ mövsümün gedişində görəcəyik. Baş məşqçinin nə zaman belə qərar verəcəyini bilmirəm. Bu cür sualları ona verməyiniz lazımdır. Mənim üçün fərqi yoxdur: Nə zaman istifadə edəcəyindən asılı olmayaraq, hər şeyimi meydanda qoyacağam".

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə cavab görüşünü fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right