Arkadiuş Milik: "Qarabağ"a qarşı ən yaxşı oyunumu göstərə bilmədim"

"Bu mənim ən yaxşı oyunum deyildi".

Newsport.az məlumatına görə, bunu Fransanın "Marsel" klubunun futbolçusu Arkadiuş Milik "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra şəxsi instaqram hesabında yazıb.

28 yaşlı hücumçu komandasına qollarla kömək etdiyi üçün xoşbəxt olduğunu bildirib: "Növbəti mərhələyə vəsiqə baxımından yaxşı qələbə qazandıq".

Qeyd edək ki, Arkadiuş Milik "Qarabağ"la görüşdə dubl müəllifi olub. Komandalar arasındakı cavab matçı fevralın 24-də Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right