"Marsel"in hücumçusu baş məşqçidən yenə narazılığını bildirib

UEFA Konfrans Liqasında "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri oyunda Fransa "Marsel"inin futbolçusu Arkadiuş Miliklə baş məşqçi Xorxe Sampaoli arasındakı münasibətlərin gərginliyi yenə diqqətdən qaçmayıb.

Newsport.az-ın məlumatına görə, polşalı hücumçu het-trik etməyi düşündüyü vaxt argentinalı mütəxəssis onu əvəzləməyi qərara alıb. 28 yaşlı forvard 68-ci dəqiqədə meydanı tərk etdikdən sonra su qabına iki dəfə təpiklə zərbə endirərək, baş məşqçinin qərarından narazılığını bildirib.

Sampaoli isə oyunsonrası mətbuat konfransında bildirib ki, həmin epizodu görməyib: "Mənim hamı kimi, onunla da eyni münasibətim var. Biz peşəkarlarıq, həmkarlarıq. Sadəcə, onun və mənim funksiyalarım fərqlidir. Hər kəsin öz işi var".

Argentinalı mütəxəssis komandasının sıx qrafikini nəzərə alaraq, belə dəyişikliyə əl atdığını diqqətə çatdırıb: "Hər bir futbolçunun oyun vaxtına baxıram. Bizə hamının hazır olması lazımdır. Hər kəsin öz oyun vaxtı var. Əvəzləmələrimiz planlaşdırılmışdı, çünki oyunu daim sürətli tempdə keçirmək istəyirdik. Bütün incikliklərə baxmayaraq, hər kəsin oyunda olma vaxtına baxır, işimizi davam etdiririk".

Milik və Sampaolinin münasibətlərini son həftələrdə pozulmağa doğru gedir. Fransa Liqa 1-dəki son qarşılaşmada "Mets"i üzərində 2:1 hesablı qələbədə böyük rol oynamış forvard qarşılaşmanın ardından baş məşqçinin oyunçu seçimlərini başa düşmədiyini bildirib.

Qeyd edək ki, Arkadiuş Milik "Qarabağ"la oyunda 41-ci və 44-cü dəqiqələrdə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right