"Qarabağ"a 2 qol vurmuş futbolçu həftənin oyunçusu adına namizəd olub

UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.
 
Newsport.az-ın məlumatına görə, "4-lüy"ə "Qarabağ"la Fransadakı qarşılaşmada "Marsel"in dubl etmiş hücumçusu Arkadiuş Milik də düşüb.
 
Patson Daka ("Lester", İngiltərə), Yoel Andersen ("Midtüllan", İsveç) və Uqo Vetlesen ("Budyo Qlimt", Norveç) digər namizəd oyunçulardır.
 
UEFA Avropa Liqasında isə "4-lüy"ə Qvido Rodriges ("Betis", İspaniya), Toni Martines ("Portu", Portuqaliya), Berat Cimsiti ("Atalanta", İtaliya) və Alfredo Morelos ("Reyncers", Şotlandiya) düşüb.
 
Qalibin adına UEFA-nın rəsmi saytında keçirilən sorğu nəticəsində aydınlıq gələcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right