Stiv Mandanda: "Daha istəkli komandaya qarşı oynadıq"

"Çox çətin matç oldu, daha istəkli komandaya qarşı oynadıq".

Newsport.az-ın məlumatına görə, bunu "Marsel"in qapıçısı Stiv Mandanda Fransada "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının ilk pley-off matçından sonra deyib.

37 yaşlı qolkiper ilk epizodları yaratmaqda çətinlik çəkdiklərini bildirib. Onun fikrincə, standart vəziyyət xeyirlərinə işləyib və bunun sayəsində qələbə qazana biliblər: "Əlbəttə, bu, bizim ən yaxşı oyunumuz deyil. Amma əsas odur ki, qalib gəldik".

Mandanda "Qarabağ"ın da çoxlu imkanlar yaratdığını etiraf edib: "Həmin epizodlarda bacardığım qədər öz işimi gördüm. Fərdi və kollektiv nailiyyətimizə görə çox xoşbəxtəm. Rəqibin oyunlarının videolarını izləmişdik. Üzərinə xeyli öhdəlik götürərək, çox yaxşı oynayan komandadır. Bizi nəyin gözlədiyini bilirdik".

Fransalı qapıçı cavab görüşünün çətin olacağını diqqətə çatdırıb: "Üçüncü qolumuz xeyrimizə işləyir".

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 21:45-də başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right