Dmitri Payet: "Qarabağ" buraya nəticə qazanmaq üçün gəlmişdi"

"Rəqib buraya nəticə qazanmaq üçün gəlmişdi".

Newsport.az-ın məlumatına görə, bunu "Marsel"in futbolçusu Dmitri Payet Fransada "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

35 yaşlı yarımmüdafiəçi bildirib ki, bu görüş avrokubok matçlarının asan olmadığını göstərib: "İkili mübarizələrdə daha yaxşı oynaya bilərdik. Amma ilk növbədə kiçik hesablı qələbəni təmin etmək lazım idi ki, bunu da bacardıq".

Komandasının 3-cü qolunun müəllifi olan fransalı oyunçu meydana ehtiyatdan çıxmasına da toxunub: "Bir az nəfəs almaq mənim üçün çox faydalı oldu. Bu da az oynayanlar üçün şərait yaratdı. Hər kəsə ehtiyacımız olacaq. Ona görə də hamımız eyni səviyyədə olmalıyıq. Liqa 1-də 3 vacib oyunumuz var".

Sonda Payet qapıçı Stiv Mandandanın çıxışını dəyərləndirib: "Stiv mövsümün əvvəlində olduğu kimi, həlledici zərbələri dəf etməklə çox təmiz oyun keçirdi. Təəssüf ki, qol buraxmaqla, çıxışını bir qədər korladı".

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right