Qurban Qurbanov: "Bəlkə də həmin elementlərə görə uduzduq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"lə oyunundan sonra mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, Qurbanov Fransadakı oyunu belə şərh edib: "Rəqibi qələbə münasibətilə təbrik edirəm. Dünən də demişdim ki, "Marsel"in yaxşı baş məşqçisi və ustalıq səviyyəsi yüksək olan oyunçuları var. Məni daha çox narahat edən məqam da “Marsel” oyunçularının ustalıq səviyyəsinin yüksək olması idi.

Bəlkə də, bu gün həmin elementlərə görə uduzduq. Amma futbolçularım oyunundan tam razı qaldım. Bəzi diqqətsizliklər oldu. “Marsel” kimi komanda da bunlardan ustalıqla istifadə edə bilir. Dünən də demişdim ki, çalışacağıq layiqli oyun göstərək. Çoxlarınız razı olacaqsız ki, biz bunu bacardıq. Səfərdə oynasaq da, çox yaxşı oyun göstərdik".

Ağdam klubunun çalışdırıcısı bir həftə sonra Bakıda keçiriləcək oyunla bağlı da inamlı danışıb: "Bakıda bundan da yaxşı oynamağa çalışmalıyıq. Artıq rəqibi daha da yaxından tanıdıq. Bakıdakı matçda ən azından azarkeşləri həyəcanlandırıb, onlar üçün daha yaxşı oyun göstərməyə çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right