"Qarabağ"ın legioneri: "Marselə baxımlı oyun göstərməyə gəlmişik"

"Hər oyunun öz tarixçəsi olur".

Newsport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Fransada "Marsel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Braziliyalı yarımmüdafiəçi matça hazır olduqlarını bildirib: "Buraya baxımlı oyun sərgiləməyə gəlmişik. Bunun üçün hər cür şəraitimiz var. meydanda öz oyunumuzu göstərməyə çalışacağıq. Hər gün bunun üzərində işləyirik".

Qeyd edək ki, bu gün "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right