"Marsel" "Qarabağ"la oyun üçün 17 yaşlı hücumçu sifariş edib

Fransanın "Marsel" klubu bu gün "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün iştirak ərizəsini açıqlayıb.
 
Newsport.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Xorxe Sampaoli siyahıya 22 oyunçunun adını daxil edib.
 
62 yaşlı mütəxəssis B siyahısından 17 yaşlı hücumçu Aylan Benyahya-Tani və 19 yaşlı yarımmüdafiəçi Uqo Bertellini görüşün iştirak ərizəsinə daxil edib. Əvəzində cəzalı durumda olan Valenten Ronjye heyətdən çıxarılıb.
 
Qeyd edək ki, "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right