Abdulla Zubir: "Çalışacağıq ki, yaxşı nəticə olsun"

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Konfrans Liqasında "Marsel"ə qarşı matçdan əvvəl baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə sabahkı görüş barədə fikirlərini bildirib:

"Bilirik ki, təcrübəli komanda ilə oynamaq üçün bura gəlmişik. Yaxşı hazırlaşmışıq, yaxşı oyun keçirmək istəyirik. Çalışacağıq ki, yaxşı nəticə olsun".

- Dörd il sonra Fransada fransız klubuna qarşı oynayacaqsan. Bu cür matç öncəsi hansı hissləri keçirirsən?
- Yenidən Marselə gəlib, burada oynamaq mənim üçün xoşdu. Burada oynamaqdan çox razıyam. "Marsel" xüsusi klubdu. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

- Komandanızın gücünü necə dəyərləndirirsən?
- Bizim komandada daha çox hücuma üstünlük verilir. Rəqiblərimizin oyununu daim məşqçimizlə birlikdə təhlil edirik. Çalışacağıq ki, sabah da çox səmərəli oyun göstərək və klubumuzun imicini qoruyub saxlayaq.

- "Velodrom" stadionuna futbolçu kimi, yoxsa tamaşaçı kimi gəlməyə razı olardız?
- Buraya adətən məşqlərə baxmağa gəlmişəm. Eyni zamanda Fransa - İsveç matçını izləmişəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right