Qurban Qurbanov: "Rəqibin gücünə görə yox, qrupdan çıxdığımıza görə sevinc həyəcanı var"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində "Marsel"ə qarşı keçiriləcək matçdan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az məlumatına görə, Ağdam klubunun çalışdırıcısı belə danışıb:

"Çox yaxşı komandaya qarşı oynayacağıq. "Marsel"in həm yaxşı baş məşqçisi, həm də yaxşı futbolçuları var. Mən öz komandama güvənirəm. Çox istəkliyik. Layiqli oyun göstərib, yaxşı mübarizə aparmaq istəyindəyik. İlk dəfədir ki, qrupdan çıxıb, belə oyuna hazırlaşmışıq. Ən azından inanıram ki, futbolçularım özlərinin ən yaxşı oyunlarını göstərməyə çalışacaq. İlk oyunda rəqibi daha yaxından tanıyacağıq. Hər bir halda inanıram ki, azarkeşlərimizi sevindirmək, yaxşı oyun göstərmək, mübarizə aparmaq üçün gəlmişik".

- "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə qrupdan çıxmağı bacarıb. Futbolçularda həyəcan var? 
- Həyəcan mütləq var. Ümumiyyətlə, hər oyundan əvvəl həm futbolçularda, həm özümdə həyəcan olur. Düşünürəm ki, bu həyəcan bizim yaxşı oyunumuza təsir etməyəcək. Rəqibin gücünə görə yox, qrupdan çıxdığımıza görə sevinc həyəcanı var. Hamı səbirsizliklə oyunu gözləyir. Bizim belə oyunlar üçün təcrübəmiz var. Sadəcə qrupdan çıxaraq belə oyun oynamamışdıq. İnanıram ki, bu, futbolçularda istək yaradır. Həyəcanın çox olmasını istəmirəm. Çox olarsa, komandanın oyununa mane ola bilər. Çalışmışıq ki, bunu orta səviyyədə saxlayaq və fikrimizi sırf rəqibin oyun üslubuna yönəldək. İnanıram ki, bu, bizim xeyrimizə olan həyəcandı. 

- "Marsel"in baş məşqçisinin son oyunda sistemi dəyişməyi sizə hansı çətinlik yaradıb?
- "Marsel" oyunun gedişatında çox tez-tez sistemi dəyişir. Bu, bizim futbolçular üçün hər hansı çətinlik yarada bilər. Belə komandalara qarşı nadir hallarda oynayırıq. Rəqib bunu çox bacarıqla edir. Demək olar ki, hər oyunda müdafiədə bir sistemlə, hücumda başqa sistemlə oynayırlar. Sabah bizim əsas diqqət yetirəcəyimiz elementlərdən biri bu olmalıdı. Bizim məsqədimiz öz oyunumuzu oynayaraq, sistemimizi daha da yaxşılaşdırmaqdı. Hər bir halda bizim üçün böyük təcrübə olacaq. Futbolçular üçün meydanda daha çox düşünmək, özlərini düzgün idarə etmək lazım olacaq. İnanıram ki, bunu bacarıqla yerinə yetirəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right