"Marsel"in baş məşqçisi: "Komandam oynamağa hazırdır"

"Sıx qrafik dövrünə qədəm qoyuruq. Bütün tapşırıqları yerinə yetirmək üçün rotasiyalar etməliyik. Futbolçularımız oynamağa hazırdır və biz hamıya eyni dərəcədə diqqət yetiririk".

Newsport.az-ın məlumatına görə, bunu Fransanın "Marsel" klubunun baş məşqçisi Xorxe Sampaoli evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right