"Marsel"in futbolçusu: "Qarabağ"la oyun asan olmayacaq"

"Qarabağ"ı yaxşı təhlil etmişik, oyun asan olmayacaq".

Newsport.az-ın məlumatına görə, bunu Fransanın "Marsel" klubunun futbolçusu Pap Quye evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

23 yaşlı seneqallı müdafiəçi həftə ərzində yaxşı hazırlaşdıqlarını bildirib: "Evdə qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right