Fransızlara “Qarabağ”dan danışdı

“Avro-2020”nin seçmə mərhələsində Azərbaycan millisinin baş məşqçisi olmuş Nikola Yurçeviç “Qarabağ” komandası barədə fikirlərini bildirib.

Newsport.az-ın xəbərinə görə, xorvatiyalı mütəxəssis Konfrans Liqasının 1/16 finalının “Marsel” – “Qarabağ” matçı öncəsi Fransanın “La Provence” nəşrinə müsahibə verib.

“Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Orada ölkənin ən yaxşı oyunçuları və güclü legionerlər çıxış edir” – deyən N.Yurçeviç həmyerlisi Filip Ozobiçi “Qarabağ”ın ən uğurlu futbolçularından biri adlandırıb: "O, əsl yaradıcı 10 nömrədir. Ozobiç baş məşqçi Qurban Qurbanovun tətbiq etdiyi texniki oyun üslubunda önəmli rol oynayır”.

N.Yurçeviç qeyd edib ki, Azərbaycan Premyer Liqasının matçlarında “Qarabağ”ın oyunlarına orta hesabla 1000 nəfər azarkeş gəlir: “Amma “Olimpik Marsel”lə Avropa kubokunun görüşündə stadion dolacaq. Onlar “Marsel”i ənənəsi olan ola klub kimi tanıyırlar”. 

“Marsel”i cütün favoriti adlandıran Yurçeviç buna baxmayaraq, “Qarabağ”ın güclü komandalarla görüşdə yaxşı nəticələr qazandığını da qeyd edib.

Xatırladaq ki, “Marsel”lə “Qarabağ” arasında ilk görüş fevralın 17-də Fransada, cavab qarşılaşması fevralın 24-ü Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right